Yanğında ölənlərin sayı 15-ə çatdı
Bizi izləyin

Hadisə

Yanğında ölənlərin sayı 15-ə çatdı

Yaşayış binasında baş verən güclü yanğın zamanı xəsarət alan şəxslərin biri dünyanısını dəyişib.

Məlumata görə, bu, 1947-ci il təvəllüdlü Esmira Yahyayevadır.

Hadisə vaxtı tüstüdən boğulma diaqnozu qoyulan yaralıların böyük əksəriyyəti 1 Saylı Şəhər Xəstəxanasının Toksikologya şöbəsinə yerləşdirilmişdi.

Şöbə müdiri Azər Maqsudovun verdiyi məlumata görə, həmin vaxt tibb ocağına 33 xəstə daxil olub. Onlardan 20-si ilkin yardımdan sonra evə buraxılıb. Xəstələrdən biri isə bu gecə vəfat edib.

Digər tibb ocaqlarında müalicə olunan xəstələrin vəziyyətinə gəlincə isə, onların bəzilərinin səhhəti normallaşsa da, bir neçəsi reanimasiya şöbələrində müalicəsini davam etdirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə, hadisə zamanı 50 nəfər müxtəlif xəsarətlər alaraq xəstaxanaya yerləşdirilib. (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm