Binəqədidə tıxac var
Bizi izləyin

Hadisə

Binəqədidə tıxac var

Ötən gün baş verən yanğınla əlaqədar Binəqədi şosesindən üzü şəhər istiqamətində tıxac var. Həmin ərazidə yol açılsa da, avtomobillərin sayının çoxluğu tıxaca səbəb olub.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Məlumata görə, Azadlıq prospektindən Binəqədi istiqamətində və əksinə qəsəbə istiqamətində tıxac müşahidə olunur.

Z. Bünyadov prospektindən “20 Yanvar dairəsi”nə doğru və Nobel prospektinin təmir olunan hissəindən şəhər istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə sonuncu yola alternativ olaraq Babək prospektindən istifadə etmək tövsiyə olunur.

Digər tıxac olan ərazi isə Şeyx Şamil küçəsindən İçərişəhər metrosu istiqamətindədir.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm