Azərbaycanda sərnişin qatarında yanğın
Bizi izləyin

Hadisə

Azərbaycanda sərnişin qatarında yanğın

Azərbaycanda Yalama dəmiryol keçidində sərnişin qatarında yanğın baş verib, nəticədə bir vaqon yanıb. Bütün sərnişinlər evakuasiya olunub, xəsarət alan yoxdur.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov deyib.

FHN-in dəmiryol mütəxəssisləri vaqonu söndürüblər.

Bunun üçün dəmiryol qatarlarının söndürülməsi üçün nəzərdə tutulan xüsusi qatardan istifadə olunub.

İlkin məlumata görə, yanğının səbəbi söndürülməmiş siqaret olub.

Hal-hazırda hərəkətin bərpa edilməsi üzrə işlər gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm