Ermənilər Fransada azərbaycanlı qadına hücum etdilər- VİDEO
Bizi izləyin

Hadisə

Ermənilər Fransada azərbaycanlı qadına hücum etdilər- VİDEO

Fransanın paytaxtı Parisdə ermənilər Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq üçün növbəti toplantısını keçiriblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantiya azərbaycanlı qadının çıxışı damğasını vurub.

Azərbaycan vətəndaşı olan bir qadın toplantının keçirildiyi Parisin 5-ci bölgəsinin bələdiyyə binasına Obyektiv 21 Dərnəyinin rəhbəri olan Türkiyə vətəndaşı Tahsin Teklə gəlib. O, etdiyi çıxışında işğal olunan torpaqların azad edilməsini tələb edən BMT qətnamələrini xatırladıb. Bundan çox əsəbiləşən tarixçi Klaude Mutafyan azərbaycanlı qadının üzərinə gedib.

Tahsin Tekinin “sakit olun, qarşınızda bir qadın var” xəbərdarlığından sonra bir az geri çəkilən Mutafyan təhqirlərinə davam edib. Dəqiqələr keçdikcə ermənilər tərəfindən əhatəyə alınan Obyektiv 21 Dərnəyinin nümayəndələri və Azərbaycan vətəndaşı gərginliyin artmaması üçün binanı tərk ediblər.

Tahsin Tek Dağlıq Qarabağ gerçəyini Fransanın hər yerində yorulmadan izah edəcəklərini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm