• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İsmayıllıda torpaq sürüşməsi: evlərə ciddi ziyan dəyib - FOTO

  • Hadisə
  • 22 May 2015 23:29
  • 1 006 Baxış
İsmayıllıda torpaq sürüşməsi: evlərə ciddi ziyan dəyib - FOTO

İsmayıllının Xankəndi ərazisində torpaq sürüşməsi baş verib.

Publika.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə nəticəsində iki ev tamamilə dağılaraq yararsız vəziyyətə düşüb. Digər 14 evə ciddi ziyan dəyib. Zədəli binalardan 2-si artıq çöküb. Bu evlər yaşayış üçün təhlükəli hesab edilir. Mənzillərin sakinləri hələlik yaxınlarının evində məskunlaşdırılıblar.

Kənddə sürüşmə mayın 19-u gecə saatlarından başlayıb. Sonrakı günlərdə isə proses xeyli aktivləşib. Rayon rəhbərliyi, eləcə də Qızıl Aypara Cəmiyyətinin əməkdaşları hadisə yerində olublar. Qəzalı vəziyyətə düşən evlərin sakinlərinin müvəqqəti olaraq çadırlarda məskunlaşdırılması nəzərdə tutulub. 84 yaşayış evinin olduğu kənddə sürüşmə təhlükəsi qalmaqdadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR