Goranboyda ağır qəza: ölən və xəsarət alan var - FOTOLAR
Bizi izləyin

Hadisə

Goranboyda ağır qəza: ölən və xəsarət alan var - FOTOLAR

Goranboyda idarəetmədən çıxan "Mercedes" markalı minik avtomobili dərəyə aşıb.

Goranboy rayon polis şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə mayın 23-də gecə saat 1 radələrində rayonun Borsunlu kəndində baş verib.

Gəncə şəhər sakini 1956-cı il təvəllüdlü Afdandil Mirzəyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili dərəyə aşıb.

Nəticədə, sürücü hadisə yerindəcə ölüb. Avtomobildə olan sərnişin, Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Mail Haqverdiyev isə ağır yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb oluduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş açılıb. Araşdırmalar davam etdirilir.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm