Tovuzda dolu yağdı, təsərrüfatlara ciddi ziyan dəydi - FOTOLAR/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Tovuzda dolu yağdı, təsərrüfatlara ciddi ziyan dəydi - FOTOLAR/VİDEO (YENİLƏNİB)

Tovuz rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, dolu Böyük Qışlaq, Həsənli, Kazımlı kəndlərində fəsadlar törədib.

“Dolu nəticəsində insan və heyvan itkisi olmasa da, təsərrüfatlara ziyan dəyib. Xüsusən də, kartof əkilmiş sahələrə, meyvə bağlarına ziyan dəyib. Bundan başqa evlərin dam örtüyü sıradan çıxıb”.

İcra Hakimiyyətindən onu da bildirdilər ki, hazırda təsərrüfatlara dəymiş ziyan hesablanır:

“Təsərrüfatlara dəyən ziyanın hesablanması məqsədilə rayonun Fövqəladə Hallar Komissiyası tərəfindən iş aparılır. Təsərrüfat və evlərə dəyən ziyan hesablanandan sonra ailələrə, təsərrüfat sahiblərinə kömək göstərilməsi barədə qərar veriləcək”.

Gülxar

***

Tovuzun dağ kəndlərinə dolu düşüb, əriməyə başlayan dolu sel yaradıb, təsərrüfatlara ziyan dəyib.

Publika.az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Tovuzun dağ kəndlərinə güclü dolu yağıb. Yarım saata yaxın davam edən dolu rayonun Böyük-Qışlaq, Çatax və Qandallar kəndlərində ciddi fəsadlar törədib. Diametri 3-5 sm-ə çatan buz parçaları evlərin damına, kənd təsərrüfatına ciddi ziyan vurub. Daha çox ziyan kənd sakinlərinin əsas becərdiyi kartof sahələrinə dəyib. Təxminən bir-iki saatdan sonra əriməyə başlayan dolu sel yaradıb. Dağlardan axan sel yollarda yarğan əmələ gətirib. Getdikcə güclənən sel evlərə də dolub.

Təbii fəlakətlə bağlı Tovuz Rayon İcra Hakimiyyətində fövqəladə komissiya yaradılıb. Hazırda mütəxəssislər tərəfindən kəndlərə dəymiş ziyanı müəyyənləşdirilir. İlkin araşdırmaların nəticələrinə əsasən belə hava şəraiti son dörd ildə müşahidə olunmayıb. Təbii fəlakət zamanı insan və ya heyvan tələfatı qeydə alınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm