63 nəfər qidadan zəhərləndi
Bizi izləyin

Hadisə

63 nəfər qidadan zəhərləndi

Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş verib, 63 nəfər zəhərlənib.

Bu barədə Publika.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

O cümlədən 1 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub.

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülüb, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm