Azərbaycanlı təyyarədə intihara cəhd etdi: damarlarını doğradı – ŞOK OLAY
Bizi izləyin

Hadisə

Azərbaycanlı təyyarədə intihara cəhd etdi: damarlarını doğradı – ŞOK OLAY

Dünən Moskva - Sankt-Peterburq reysi ilə uçan sərnişin təyyarədə damarlarını kəsib.

Publika.az “fontanka.ru” saytına istinadən xəbər verir ki, nəqliyyat polisinin mətbuat xidməti intihara cəhd edən şəxsin 62 yaşlı Azərbaycan vətəndaşı olduğunu bildirib.

Məlumata görə, hadisə təyyarənin Sankt-Peterburqun "Pulkovo" hava limanına eniş zamanı – saat təxminən 23:00-da baş verib. Kişi tualetə girib və “Mən daha belə yaşamaq istəmirəm” deyərək damarlarını kəsməyə başlayıb.

Onu təyyarə göyərtəsinin bələdçisi görüb. O, fövqəladə xidmətin əməkdaşlarını çağırıb. Kişinin xilas edildiyi bildirilir. Azərbaycan vətəndaşının adı açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm