“Rövşənin arvadımla intim münasibətdə olmasını danışırdılar” –TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

“Rövşənin arvadımla intim münasibətdə olmasını danışırdılar” –TƏFƏRRÜAT

Cəlilabad rayon sakinləri – 1971-ci il təvəllüdlü Siyasət Əhmədov, 1981-ci il təvəllüdlü Əhliman Dadaşov və 1977-ci il təvəllüdlü Taleh İmanov yaşadıqları Göytəpə şəhərində ağır cinayətlər törədiblər.

Publika.Az xəbər verir ki, Əhliman Dadaşov 2013-cü ilin aprel ayında Cəlilabad rayonu, Göytəpə şəhərində onunla qonşuluqda yaşayan Rövşən Əhmədovun onun keçmiş həyat yoldaşı ilə yaxın münasibət saxlamasından şübhələnib.

Bu məqsədlə o, Rövşən Əhmədovu “cəzalandırmaq” qərarına gəlib. Əhliman bu niyyətlə ayrı-ayrı vaxtlarda dəfələrlə Rövşən Əhmədovun yaşadığı evə gələrək onu axtarıb. Lakin Rövşəni evində tapa bilmədikdə Rövşən Əhmədovun yaxın qohumları tərəfindən ondan gizlədildiyini güman edib.

O, Rövşən Əhmədovun yaxın qohumlarına qarşı əsassız olaraq kin-küdrət bəsləməyə başlayıb və heç bir əsaslı səbəb olmadan onun ahıl yaşlı valideynlərinə qarşı zor işlətməklə cəzalandırmaq qərarına gəlib.

Əhliman Dadaşov 20 avqust 2013-cü il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə olarkən, qardaşı Taleh İmanov ilə birlikdə Rövşən Əhmədovun valideynlərinin yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Dadaşov küçəsi, 32 ünvandakı fərdi evin qarşısına gəliblər.

Yaşlı ər-arvad niyə bıçaqlandı?

Əhliman qardaşı Taleh İmanovla birlikdə Rövşən Əhmədovun və onun valideynlərinin ünvanına uzun müddət ucadan nəlayiq sözlər işlətməklə evlərinin darvazasını bərkdən döyüblər. Həmin vaxt yaşadığı evin həyətindən çıxmış Rövşən Əhmədovun atası Baba Məmmədov Əhlimanı tənbeh edib.

Bunu bəhanə edən Əhliman 1941-ci il təvəllüdlü Baba Məmmədova özü ilə gətirdiyi bıçaqla bir-neçə zərbə vurub. Bu zaman hadisə yerinə gələn Baba Məmmədovun həyat yoldaşı Sarıgül Əhmədovanı isə Taleh İmanov bıçaqdan keçirib. Hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vaxtındfa tibbi yardım göstərlidiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Bundan sonra, Baba Məmmədov və onun həyat yoldaşının bıçaqlanmasını oğulları Siyasət Əhmədov eşidib. Siyasət bu hərəkətətinə görə Əhliman Dadaşovdan qisas almaq qərarına gəlib. O, avqustun 20-də, saat 23 radələrində ov tüfəngi ilə silahlanaraq valideynlərinin evi yerləşən Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Dadaşov küçəsinə gəlib.

Arvadına sataşdılar, özünü güllələdilər

Siyasət Əhmədov həmin vaxt Əhliman Dadaşovun küçədə qardaşı Taleh İmanovun yanında dayandığını görüb. O, Əhliman Dadaşova tərəfə 2 dəfə ardıcıl atəşlər açıb. Ayağəndan xəsarət alan Əhliman Dadaşov qardaşı Talehin köməkliyi ilə hadisə yerindən aparılıb. Taleh daha sonra digər qohumlarının köməkliyi ilə Siyasət Əhmədovu xəstəxanaya aparıb. Xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını da xilas etmək mümkün olub.

“Baba kişi məni tənbeh etdi”

Siyasət Əhmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), Əhliman Dadaşov həmin məcəllənin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) Taleh İmanov isə 221.2.1-ci (qrup şəxs və ya təkrar tərəfindən xuliqüanlıq hadisəsi törətmək) maddələri ilə ittiham ediliblər. Bu cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmə iclasında ifadə verən Əhliman Dadaşov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib: “Rövşənin arvadımla intim münasibətdə olmasını danışırdılar. Bu məsələni aydınlaşdırmaq üçün Rövşəni axtarsam da, tapa bilmədim. Rövşənin atasının evinə getdim. Baba kişi məni tənbeh etdi, dedi ki, oğlu belə hərəkətlər etməz. Onun davranışı məni daha da əsəbşəşdirdi. Buna görə də onu bıçaqla vurdum”.

“Mənə yaxınlaşdıqlarını gördüm”

Siyasət Əhmədovun sözlərinə görə, evində olduğu zaman valideynlərinin silahlı hücuma məruz qaldıqlarını eşidib və özünü müdafiə etymək məqsədi ilə evində olan tüfəngi götürərək valideynlərinin yardımına qaçıb: “Valideynlərimin evinə yaxınlaşdığım zaman ahıl yaşlarında olan atamın bıçaqlamış və anamın təpiklə döymüş qardaşların hələ də orada olduğunu, üstümə hədə-qorxu yağdıraraq mənə yaxınlaşdıqlarını gördüm. Onların silahlı olduqlarını hesab etdiyimdən dedim ki, mənə yaxınlaşmasınlar. Buna baxmayaraq spirtli içkinin təsiri altında olan qardaşlar üzərimə gəldilər. Onları qorxutmaq məqsədi ilə özüm ilə gətirdiyim tüfəngdən onların ayaqlarının altına bir dəfə atəş açmaq istəsəm də, həyəcanlı olduğumdan və tətiyin həssaslığı səbəbindən iki dəfə atəş açıldi. Nəticədə qardaşlar məsafənin az 7-15 metr olmğına baxmayaraq yüngül xəsarətlər alıblar”.

Onun sözlərinə görə, öz niyyətinə çatdığını, yəni qardaşların hadisə yerindən uzaqlaşdığını gördüyündən validynləriunin yardımına gedib.

“Kiçik oğlumun Əhlimanın arvadı ilə yaxın münasibətdə olmasını bəhanə edib”

Zərərçəkmiş Sarıgül Əhmədova bildirib ki, Əhliman Dadaşov öz qardaşları ilə birlikdə onlara gəlib: “Əhliman kiçik oğlum Rövşən Əhmədovun guya onun arvadı ilə yaxın münasibətdə olmasını bəhanə edib. O, dəfələrlə bizimlə münaqişə yaradıb. Hər dəfə məni və digər ailə üzvlərimi nalayiq sözlərlə təhqir edib. Evimizin şüşələrini sındırıb və sair qanunazidd hərəkətlərlə onların rahatlığımızı pozublar. Sonuncu dəfə, 20 avqust 2013-cü il tarixdə, saat 23 radələrində həyat yoldaşım Baba Məmmədov və qızım Rahilə, nəvəm Elşənlə birlikdə evdə olan zaman həyət qapımız bərkdən döyüldüyünü və səsindən Əhliman Dadaşovla qardaşı Taleh İmanov olduğunu tanıdığım şəxslərin ucadan ünvanına nalayiq sözlər işlətməsini eşitsdim. Buna görə də qorxuya düşdüm. Əhlimangilin bizi döyəcəklərindən qorxduğum üçün ərimə darvazaya yaxın getməməyi və onu açmamağı xahiş etdim. Amma ərim darvazadan küçəyə çıxdı. Bir-neçə dəqiqədən sonra ərimin arxasınca getdikdə onun üstü qana bulaşmış və halsız vəziyyətdə darvazanın yanında gördüm. Əhlimangili ərimi bu hala saldıqlarına görə qarğışlayaraq nəyə görə belə etmələrini soruşdum. Əhlimanla Taleh ünvanıma nalayiq sozlər işlətdi və Taleh İmanov belimə ayağı ilə vuraraq məni yerə yıxdı. Qaranlıq olduğu üçün məni daşla hansının vurduğunu görməmişəm. Bundan sonra huşumu itirmişəm və daha sonra baş verənləri görməmişəm”.

Məhkəmənin hökmü ilə Siyasət Əhmədov 11 il 3 ay, Əhliman Dadaşov 4 il, Taleh İmanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Onların şikayətləri baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayətləri təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm