• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanda biznes-ledinin qətlinin TƏFƏRRÜATI/VİDEO

  • Hadisə
  • 27 May 2015 01:36
  • 1 417 Baxış
Azərbaycanda biznes-ledinin qətlinin TƏFƏRRÜATI/VİDEO

Kürdəmirdə iş adamını evindəcə həyatdan ediblər. 61 yaşlı qadını öldürən şəxs artıq saxlanılıb.

ANS TV-nin məlumatına görə, Kürdəmir rayonunda qətl törədilib. Rayonun Heydər Əliyev prospektində fərdi yaşayış evində baş vermiş hadisə zamanı 61 yaşlı Hacıəliyeva Sahibə Məhəmməd qızı 25 yaşlı İsrafilov Şaiq Şahin oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir. Qətlə yetirilən Sahibə Hacıəliyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış biznesmenlərdən olub. Hacı Sahibə adı ilə tanınan iş adamı şəxsi yanacaqdoldurma məntəqəsinə və xeyli digər obyektlərə sahiblik edirmiş.

Məlumata görə, bir müddət əvvəl rayon mərkəzində Sahibə Hacıəliyevaya məxsus yanacaqdoldurma məntəqəsinin yaxınlığında başqa iş adamı yanacaqdoldurma məntəqəsi açıb.

Bundan sonra Hacıəliyevanın obyektinin gəliri xeyli azalıb. Bir neçə gün əvvəl isə mərhum qadın Şaiq İsrafilovun atası Şahin İsrafilovun işlədiyi restorana gələrək onları müştərilərini başqa yanacaqdoldurma məntəqələrinə istiqamətləndirməkdə ittiham edib.

Mübahisə münaqişəyə çevrilsə də, Şahin İsrafilov oğlu Şaiqi sakitləşdirib və 61 yaşlı qadının sözlərinə əhəmiyyət verməməyə çağırıb. Lakin Şaiq İsrafilovun əsəbi soyumayıb və o, qadının yaşadığı evə gələrək onu bıçaqlayıb.

Şaiq İsrafilov rayon polisi tərəfindən saxlanılıb. Qətlin təfərrüatlarını Kürdəmir Prokurorluğu araşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR