• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İçdiyi dərmanlar az qala həyatına son qoyacaqdı

  • Hadisə
  • 27 May 2015 14:41
  • 348 Baxış
İçdiyi dərmanlar az qala həyatına son qoyacaqdı

Gəncədə 36 yaşlı qadın normadan çox sakitləşdirici həb qəbul etdiyi üçün zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, mayın 27-də saat 13 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Şəhla Əsədova dərmandan zəhərlənmə diyaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Dərhal həkimlər tərəfindən xəstəyə tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub. Lakin hələ də 36 yaşlı qadının vəziyyəti orta-ağır olaraq qalır. Həkimlər bildirir ki, Ş.Əsədovanın zəhərlənməsinə səbəb onun sakitləşmək üçün qəbul etdiyi həbləri normadan dəfələrlə çox istifadə etməsidir.

Qeyd edək ki, Ş.Əsədova şəxsi problemlərə görə psixoloji sarsıntılar keçirdiyi üçün sakitləşdirici həblər qəbul edirmiş.

Sami Süleymanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR