İnsanları məcburən işlədən şəxs saxlanıldı - QOBUSTANDA
Bizi izləyin

Hadisə

İnsanları məcburən işlədən şəxs saxlanıldı - QOBUSTANDA

Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, may ayının 26-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm