GünAz TV-nin Bakı bürosunun rəhbərinə hücum edilib
Bizi izləyin

Hadisə

GünAz TV-nin Bakı bürosunun rəhbərinə hücum edilib

Güney Azərbaycan Televiziyasının (GünAz TV) Bakı bürosunun rəhbəri Araz Obalı hücuma məruz qalıb.

Publika.az-ın məlumatına görə, bu barədə Araz Obalının dostu Elxan Şahinoğlu məlumat verib.

Məlumata görə, naməlum şəxslər güneyli soydaşımıza evinin həndəvərində basqın ediblər, Araz Obalıya xəsarət yetirib, mənzilini soyublar.

E.Şahinoğlu qeyd edib ki, bu kriminal hadisənin arxasında siyasi səbəblərin olması istisna deyil: "Çünki Araz Obalı Güney Azərbaycan Televiziyasının Bakı bürosunun rəhbəridir. Bu televiziya isə İranın Azərbaycana və azərbaycanlılara qarşı təbliğatının neytrallaşdırılmasında önəmli rol oynayır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm