Dünyanın ən qədim cinayəti müəyyənləşdirildi
Bizi izləyin

Hadisə

Dünyanın ən qədim cinayəti müəyyənləşdirildi

İspaniyada aparılan bir araşdırma dünyanın ən qədim cinayətini ortaya çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müəyyənləşdirilən ən qədim cinayətin yaşı 430 min ildir.

İspaniyanın şimalında yerləşən arxeoloji qazıntı bölgəsində bir mağarada 28 adama aid 430 min illik qalıqlar tapılıb. Alimlər qalıqlar arasındakı 52 parçanın bir araya gətirilməsi ilə bərpa olunan bir kəllədə aşkarlanan iki dərin çatlağın birdən çox zərbənin nəticəsi olduğunu bildiriblər.

Kəllədəki iki dərin çatlağın ətrafında heç bir bərpa prosesinə rast gəlinməyib. Bu isə qurbanın zərbələrdən dərhal sonra öldüyünü göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm