Ermənilər Ağdamda yanğın törətdi - FOTO
Bizi izləyin

Hadisə

Ermənilər Ağdamda yanğın törətdi - FOTO

Ermənistan Silahlı Qüvvələrinin bu gün Ağdam istiqamətində törətdiyi yanğınlar gecə saatlarında da davam edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, günorta saatlarında Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazisində törədilən yanğın qoşunlar arasındakı neytral sahəni aşaraq rayonun cəbhəyanı yaşayış məntəqələri olan Orta Qərvənd və Çıraqlı kəndlərinə qədər genişlənib.

Dərhal hər iki kəndə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları cəlb edilib. Alov lokallaşdırılıb və yaşayış evləri, əkin sahələri və digər infrastruktur obyektlər mövcud yanğın təhlükəsindən xilas olunub. Təmas xətti boyunca ətrafda qatı tüstü müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm