Bakida itkin düşən 5 yaşlı qızın meyiti tapıldı: zorlanıb, öldürülüb…
Bizi izləyin

Hadisə

Bakida itkin düşən 5 yaşlı qızın meyiti tapıldı: zorlanıb, öldürülüb…

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

5 yaşlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun boğularaq qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

Bakıda azyaşlı qız itib.

5 yaşlı A.Q-nin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, qız həyətdə oynayarkən qəfildən yoxa çıxıb.

Hadisə dünən saat 15-16 radələrində baş verib.

Onun əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.

Qızın itkin düşməsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm