Bakının mərkəzində ilanlar - VIDEO
Bizi izləyin

Hadisə

Bakının mərkəzində ilanlar - VIDEO

Payatxtın Səbail rayonunda, düz şəhərin mərkəzində sakinlər ilan təhlükəsi ilə üz-üzə qalıb. Bir həftədir ki, ard-arda ilan hücumu mənzil sahiblərinə aman vermir. 7 ilan öldürən sakinlər şəhərin mərkəzinə onların necə gəlib çıxmasını düşünür.

ANS TV-nin məlumatına görə, havaların istiləşməsi şəhərin mərkəzində ilanların üzə çıxmasına səbəb olub. Səbail rayonu Mehdi Hüseyn döngə1, ev 3-ü sakinləri bu gün küçələrində iki ilanı birdən görüblər. İlanlar insanlara hücum etməyə fürsət tapmamış sakinlər onları öldürüblər.

Şikayətçilər deyir ki, illərdir burada yaşayırlar, bu kimi halla ilk dəfədir ki, qarşılaşırlar. Artıq bir həftənin içində 7 ilan öldürüblər.

Sakinlərin ilanların 100 ildən çox yaşı olan binanın zirzəmisni özlərinə məskən seçdiyini iddia edirlər.

Şikayətçi Mina İsgəndərova deyir ki, bu binanın zirzəmisi bəlkə də ilanlarla doludur. Onun sözlərinə görə, əvvəl buradan siçanlar çıxırdı, indi isə ilanlar.

Binaların arasında ilanların görünməsi möcüzə olduğu kimi həm də təhlükəlildir. Çünki divarlara qalxan ilanlar xüsusilə binanın azyaşlı uşaqlarını təhlükə ilə üz-üzə qoyur.

Şikayətçi Tərifə Məmmədovanın sözlərinə görə, ilanın birini pəncərənin altındakı kondisionerin altında vurub öldürüb.

Doğurdan da qorxulu durumdur. Ümid edək ki, sakinlərin dadanı çatan olar və onları ilanların əlindən xilas edər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm