Bakılı qadın Tovuzda bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakılı qadın Tovuzda bıçaqlandı

38 yaşlı qadının Tovuzun mərkəzindəkı parkda gəzməsi qanla bitdi.


Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, mayın 29-da 22 radələrində rayonun Heydər Əliyev parkında bıçaqlanma hadisəsi baş verib. Belə ki, Bakıdan Tovuza qonaq gedən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Sevinc Babayeva rayonun mərkəzində yerləşən parkda gəzintidə olan zaman ona tanımadığı bir şəxs yaxınlaşıb. Aralarında baş vermiş mübahisə zamanı digəri üzərində gəzdirdiyi bıcaqla 38 yaşlı qadına bir bıcaq zərbəsi endirərək hadisə yerindən qaçıb. Yaralı yaxınlqdakı şəxslərin köməyi ilə öncə Tovuz rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Əməliyyata alınan qadının vəziyyəti hazırda orta-ağır olaraq qalır.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm