Gəncə sakini ağrıkəsicidən zəhərlənib
Bizi izləyin

Hadisə

Gəncə sakini ağrıkəsicidən zəhərlənib

Başağrısına qarşı qəbul etdiyi ağrıkəsici həbləri miqdarından artıq qəbul etməsi zəhərlənməsinə səbəb olub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Xanım Tomiyeva dərmandan zəhərlənərək xəstəxanaya gətirilib. Həkimlərin göstəridiyi tibbi yardımdan sonra onun vəziyyəti normallaşıb. Həkimlər bildirir ki, 30 yaşlı
X. Tomiyevanın zəhərlənməsinə başağrısına qarşı qəbul etdiyi ağrıkəsici həbləri miqdarından artıq qəbul etməsi səbəb olub.

Xatırladaq ki, bir neçə gün əvvəl də ağrıkəsici həblərinin miqdarından artıq qəbul edilməsi səbəbindən bir nəfər də zəhərlənmişdir.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm