Tərtərdə fırtına: Təzəkəndə ciddi ziyan dəyib
Bizi izləyin

Hadisə

Tərtərdə fırtına: Təzəkəndə ciddi ziyan dəyib

Əsən güclü külək Tərtər rayonunun Təzəkənd kəndində 15-ə yaxın evin dam ortüyünü dağıdıb, iri gövdəli ağacları yerindən qopardıb, elektrik xətlərini sıradan çıxarıb.

Tərtər rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, mayın 30-da rayon ərazisində güclü külək əsib Fırtınana ən çox Təzəkənd kəndinə ziyan vurub. Burada əsən 1 dəqiqəlik güclü külək 15-ə yaxın evin dam ortüyünü dağıdıb, kənd ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini sıradan çıxarıb, iri gövdəli ağacları yerindən qopardıb. Kənd sakinlərinə məxsus təsərrufat sahələrinə ziyan vurub. Kənd bir neçə saat işıqsız qalıb.

Kəntdə yaranmış problemin aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən lazımı işlərə başlanılıb. Sıradan çıxmış elektrik xətlərini bərpa etmək üçün rayon paylayıcı elektik şəbəkəsinin əməkdaşları tərəfindən ərazilərdə təmir işləri aparılıb, elektirik enerjisinin verilişi bərpa edilib. İcra hakimiyyətindən onu da bildirdilər ki, kəndə dəymiş ziyan hesablanır və dam örtükləri dağılmış evlərin təmiri üçün gərəkən işlərə başlanılacaq.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm