Elçibəyin qardaşını aldadan iş adamı saxlanıldı
Bizi izləyin

Hadisə

Elçibəyin qardaşını aldadan iş adamı saxlanıldı

Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə pul atan iş adamı Ələkbər Huseynov mayın 20-də Yasamal polisi tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, iş adamı Ə.Hüseynov Bakıda hündür mərtəbəli bina inşa edən sahibkarlardan biridir. O, mərhum prezident Heydər Əliyev tərəfindən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə hədiyyə edilmiş torpaq sahəsini Müzəffər Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanan Ələkbər Huseynov bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasova prokurorluğun Ələkbər Huseynov barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimatını rədd edərək, mayın 22-də onu azadlığa buraxıb. Lakin Yasamal Rayon Prokurorluğu tərəfindən İlahə Abbasovanın qərarı əsassız hesab edilib və ləğv edilməsi ilə bağlı protest verilib. İş adamının istintaq dövründə həbsdə saxlanılıb-saxlanılmaması sabah Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək prosesdə müəyyənləşəcək.

Zərəçəkmiş şəxs Müzəffər Məmmədlinin nümayəndəsi hüquqşünas Səməd Vəkilov Axar.az-a bildirib ki, Ələkbər Hüseynovun dələduzluq cinayətini törətməsi və istintaqdan yayınması halı açıq-aydın dəlillərlə ortadadır: “Şübhə etmirəm ki, sabah ədalətli qərar çıxarılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm