Özünü binadan atmaq istəyən şəxs xilas olundu
Bizi izləyin

Hadisə

Özünü binadan atmaq istəyən şəxs xilas olundu

Bakıda özünü binadan atmaq istəyən şəxs xilas olunub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda bir nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində məlum olub ki, bu şəxs çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyir.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm