Şokoladın içindən narkotik çıxdı - FOTO
Bizi izləyin

Hadisə

Şokoladın içindən narkotik çıxdı - FOTO

Gömrükçülər bu dəfə xüsusi üsulla qablaşdırılan narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşı Radmanesh Karkaj Soleıman Mohammadın əl yüklərinə gömrük baxışı keçirilib.

Baxış zamanı onun əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindəki şokolad-konfetlərin hamısının tərkibinin eyni olmadığı məlum olub.

Belə ki, torbadakı eyni üsulla, eyni formada və eyni marka adı altında qablaşdırılan şokolad-konfetlərin yeddisində, ümumi xalis çəkisi 64,874 qram olan narkotik vasitə-tiryək olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm