Samuxda məktəblini ilan sancıb
Bizi izləyin

Hadisə

Samuxda məktəblini ilan sancıb

Samuxda əkin sahəsində işləyən məktəblini ilan sancıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, Samux rayon Qədili kənd sakini, 1999-cu il təvəllüdlü Tural Kərimov ilan sancması səbəbindən xəstəxanaya gətirilib. Dərahal 9-cu sinif şagirdi T. Kərimova tibbi yardım göstərilib. Amma həkimlər onun vəziyyətinin orta ağır olaraq qaldığını bildirirlər.

Xəstənin valideyni bildirdi ki, övladını evlərinin qarşısındakı əkin sahəsində işləyən zaman ilan sancıb.

Qeyd edək ki, son zamanlar havaların isti keçməsi səbəbindən ilanlar əkin sahələrində tez-tez görsənir. Bu da həmin sahələrdə işləyən sakinlərin həyatı üçün təhlükə yaradır. Son bir ay ərzində Samuxun 3 sakini ilan sancması səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm