Salyanda ağır qəza: 3 ölü
Bizi izləyin

Hadisə

Salyanda ağır qəza: 3 ölü

Salyanda ağır yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “KamAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş nazirliyin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm