Bakıda bu yollardan keçməyin - Tıxac var
Bizi izləyin

Hadisə

Bakıda bu yollardan keçməyin - Tıxac var

Paytaxtın bəzi küçələrində səhər saatlarından yenə də tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində - üzü şəhər istiqamətində, Z. Bünyadov prospektindən “Koroğlu” metrosu istiqamətində və Tbilisi prospektindən “20 Yanvar dairəsi”nə doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlığa səbəb Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yollarda ayrılan oyunlar zolağıdır. Bu istiqamətlərdə yol daraldığından tıxac yaranıb.

Binəqədi şosesindən şəhər istiqamətində, Akademik Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsində və H. Ələsgərov küçəsində də tıxac müşahidə olunur.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm