Bakıda intihara cəhd olub
Bizi izləyin

Hadisə

Bakıda intihara cəhd olub

Fövqəladə Hallar Nazirliyinin işçiləri Bakıda intihara cəhdin qarşısını alıblar.

Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Əməliyyat saat 10:47-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm