Bərdədə faciə: ildırım çobanı vurub öldürdü
Bizi izləyin

Hadisə

Bərdədə faciə: ildırım çobanı vurub öldürdü

Bu gün Bərdədə 50 yaşlı kişini ildırım vurub.

ANS PRESS-in məlumatına görə, hadisə saat 08 radələrində rayonun Ləmbəran kəndində qeydə alınıb.

Kənd sakini 50 yaşlı Mayıl Süleyman oğlu Süleymanov heyvanları örüşə çıxarıb. Kişi heyvanları otararkən ildırım çaxırmış. Bu zaman kişini ildırım vurub. Mayıl Süleymanov yerindəcə keçinib.

Qeyd edək ki, Mayıl Süleymanov ildırım çaxan zaman telefonla danışırmış.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm