Novosibirskdə biznesmenləri oğurlayan azərbaycanlılara hökm oxundu
Bizi izləyin

Hadisə

Novosibirskdə biznesmenləri oğurlayan azərbaycanlılara hökm oxundu

Novosibirsk regional məhkəməsi mütəşəkkil qrup şəklində cinayət törədən 9 Azərbaycan vətəndaşı barəsində hökm çıxarıb.

Publika.az “novospress.ru” saytına istinadən xəbər verir ki, bu barədə regional prokurorluğun mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, azərbaycanlılar 2010-2011-ci illərdə Novosibirsk ərazisində yaşayan həmyerlilərini şantaj etməklə məşğul olurdular. Bundan başqa, azərbaycanlılar pul almaq məqsədilə biznesmenləri oğurlamaqda və beş nəfəri öldürmək cəhdində ittiham olunurlar. Onların cinayətkar fəaliyyətləri zamanı müxtəlif vaxtlarda təsadüfi yoldan keçənlərin və “Toyuq-qril” köşkünün satıcısının yaralanmasına səbəb olduğu deyilir.

Kəllə-beyin travması alan müqəssirlərdən birinin cinayət cəzasından azad edilərək məcburi müalicəyə göndərildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm