Milçək dərmanı içib ölmək istədi
Bizi izləyin

Hadisə

Milçək dərmanı içib ölmək istədi

Gədəbəy sakini ailə mübahisəsi zamanı intihara cəhd edib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-ın Qərb bürosuna verdiyi məlumata görə, iyunun 3-də Gədəbəy rayon sakini, 35 yaşlı Elşad Əliyev ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Dərhal həkimlər tərəfindən ona tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub. Lakin hələdə E. Əliyevin vəziyyətinin orta-ağır olaraq qalır.

Məlumata görə, E. Əliyev bu gün günorta saatlarında öz ailəsi ilə bilinməyən səbəblərdən münaqişə edib. Daha sonra özünü öldürəcəyini bildirərək evdə olan həşərat əleyhinə işlədilən kimyəvi maddəni içərək intihara cəhd edib.

Baş vermiş hadisə ilə bağlı Cİnayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm