Bakıda qumbara tapılıb
Bizi izləyin

Hadisə

Bakıda qumbara tapılıb

Bakıda qumbara tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri Nizami rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm