Atraksionda bədbəxt hadisə - FOTOLAR
Bizi izləyin

Hadisə

Atraksionda bədbəxt hadisə - FOTOLAR

İngiltərənin Staffordşir qraflığında yerləşən “Alton Towers” əyləncə parkında attraksionlardan birində qəza baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Amerika qorkası”nda vaqonların bir-birinə toqquşması ucbatından 4 insan xəsarət alıb.

Vaqonların birində 16 nəfər, digəri isə boş olub. Qəza nəticəsində içində 16 nəfər olan vaqon havada qalaraq bloka düşüb. Hadisə yerinə dərhal vertolyotlar cəlb olunub. Xilasedicilər hadisə yerinə gələnə qədər insanlar vaqonun içində başaşağı şəkildə havada qalmalı olub. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

4 nəfər ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.

Parkın rəhbərliyi baş verən qəzanın səbəblərini araşdırır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm