Samuxda ferma yandı, 172 baş heyvan xilas edildi
Bizi izləyin

Hadisə

Samuxda ferma yandı, 172 baş heyvan xilas edildi

Samuxda heyvan saxlanılan fermada yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Samux rayonu, Lüksemburq kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 8 tonu və bitişik tikilmiş ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tövlədən 22 bas iribuynuzlu və 150 bas xırdabuynuzlu heyvan xilas edilib. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 02.36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm