Hadisə
Zavoddakı qətlin TƏFƏRRÜATI
Ötən gün Balakən rayon kərpic zavodunda baş verən qanlı
hadisənin təfərrüatları məlum olub. Zavodda işləyən fəhlələr işdən
sonra oturub dincəlirmişlər. Bu zaman fəhlələr zarafatlaşmağa
başlayıb.
Zarafat zamanı fəhlələrdən biri - 37 yaşlı Anar Ramazan oğlu Həmzətov 35 yaşlı Anar Məhəmməd oğlu Ömərova əl atıb.
Ona edilən əl-qol zarafatları Anar Ömərovun xoşuna gəlməyib. O,
adaşına iradını bildirib. Bu zaman onların arasında mübahisə
yaranıb.
“Obşak”da təhqir olunduğunu düşünən Anar Ömərov üzərində
gəzdirdiyi bıçaqla Anar Həmzətovu ürəyindən bıçaqlayıb. Zərbə güclü
olduğundan Anar Həmzətovun yarası da dərin və öldürücü olub.
Adaşını öldürən Anar Ömərov isə hadisə yerindən qaçıb.
Lakin polislər onu tuta biliblər. Saxlanılan Anar Ömərov
istintaqa törətdiyi cinayətdən çox peşman olduğunu bildirib.
Bildirib ki, bir il bundan qabaq həbsdən çıxıbmış.
“Çox peşmanam. Ailəm, iki oğlum yenə başsız qaldı”, - deyə Anar
Ömərov bildirib.
Qeyd edək ki, Anar Ömərov Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə
məhkumluq həyatı yaşayıb.
Zarafatın qurbanı olan Anar Həmzətov da ailəli olub və iki
azyaşlı oğlu var.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (anspress.com)
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ