Separatçılar azərbaycanlı biznesmenləri güllələdilər: 1 ölü, 1 yaralı
Bizi izləyin

Hadisə

Separatçılar azərbaycanlı biznesmenləri güllələdilər: 1 ölü, 1 yaralı

Separatçılar azərbaycanlı biznesmenləri güllələdilər: 1 ölü, 1 yaralı

Ukraynanın Donetsk vilayətində bir azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən öldürülüb, digəri isə yaralanıb.

Donetsk Azərbaycanlıları Konqresindən verilən məlumata görə, iş adamı, Ukrayna vətəndaşı 42 yaşlı Talıb Tağıyevin avtomobili ötən həftənin sonunda Donetsk şəhərinin kənarında naməlum şəxslər tərəfindən gülləbaran edilib, nəticədə o, yerindəcə keçinib.

Bundan iki gün sonra isə digər iş adamı, Ukrayna vətəndaşı 55 yaşlı Said Səmədov Donetsk şəhərindəki kafelərin birindən çıxarkən naməlum avtomobildəki şəxs tərəfindən güllələnərək ağır yaralanıb. O, hazırda Donetsk vilayətindəki xəstəxanaların birindədir, vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları araşdırma aparır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm