“Arvadım başqa kişi ilə...” – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

“Arvadım başqa kişi ilə...” – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Eynulla Musayev həyat yoldaşını öldürüb. Publika.Az xəbər verir ki, hadisə 2013-cü ilin mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydə alınıb.

Həmin gün Eynulla həyat yoldaşı Şərqiyyə ilə cinsi əlaqədə olmaq istəyib. Lakin Şərqiyyə əri ilə kobud davrnaraq onu rədd edib.

Bu səbəbdən Eynulla arvadının ona xəyanət etdiyini düşünüb. O, arvadını bıçaqla vuraraq qətlə yetirib.

Eynulla Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işini hakim Ramella Allahverdiyeva araşdırıb.

“Arvadım başqa kişi ilə görüşürdü”

Məhkəmədə ifadə verən Eynulla Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Şərqiyyə ilə 17 illik nikahından iki övladı var.

O, arvadını öldürməsinin səbəbini belə izah edib: “Arvadım məni adam yerinə saymırdı, mənə xəyanət edirdi. Şərqiyyə mənimlə yaxınlıq etməyimə imkan vermirdi. Eyni evdə yaşayırdıq, amma birgə yatmırdıq. Buna görə də aramızda söz-söhbət olurdu. Ona bir söz deyən kimi anasıgilə qaçırdı. Anasıgilə qaçmaqda məqsədi mənimlə yatağa girmək istəmədiyi olub. Arvadımın başqaları ilə görüşməsindən şübhələnirdim. Arvadım başqa kişi ilə əlaqə saxlayırdı, görüşürdü. Buna görə də öldürmüşəm”.

“Görüşdüyü kişi evimə də gəlib”

Eynulla Musayev bildirib ki, bu əməlinə görə əvvəllər dəfələrlə arvadını döyüb. Onun sözlərinə görə, Şəriqyyənin başqa kişi ilə görüşməsini dəqiq bilib: “Onun görüşdüyü kişi evimə də gəlib. Amma kim olduğunu bilməmişəm. Buna görə də Şərqiyyəni əvvəlcədən öldürməyi palanlaşdırmışam. Amma bu planımı ona deməmişəm. Şərqiyyəni həyətimizdə olan yarımçıq tikilidə bıçaqla vurdum. Onun ölməsinə əmin olandan sonra polis şöbəsinə getdim. Orada arvadımı namus üstündə öldürdüyümü etiraf etdim”.

“Bıçaqla barmağımı kəsdiyimi dedim”

Eynulla Musayevin sözlərinə görə, arvadı Şərqiyyə Musayevanı öldürdükdən sonra qardaşı Rövşənin kənddəki evinə gedib: “Evdə yalnız qardaşım arvadı Bahar olub. Ona yalandan evdə işləyərkən barmaqlarımı bıçaqla kəsdiyimi dedim. Ondan xahiş edərək barmaqlarımı sarıtdırdım. Baharın qorxmaması üçün ona hadisə barədə əvvəlcə heç bir söz demədim. Evdən küçəyə çıxarkən ona arvadım Şərqiyyəni öldürdüyümü və polisə təslim olmağa getmək istədiyimi bildirdim. Sonra oradan polis şöbəsinə tərəf getməyə başladım. Yolda qardaşım Rövşən ilə rastlaşdım. Ona arvadım Şərqiyəni öldürdüyümü və polisə təslim olmağa getdiyini dedim. Polis şöbəsində postda xidmət aparan tanımadığım polis serjantı rütbəsində cavan oğlandan Köhnə-Xaçmaz kəndinin sahə inspektorunu görmək istədiyimi bildirdim. Polis serjantı həmin kəndin sahə inspektorunun hazırda Rayon Polis Şöbəsində olmadığını dedi. Həmin sahə inspektoru gəldikdə mənə xəbər verməsini xahiş edərək bir qədər aralıdakı ağacların birinin altında dayandım. Təxminən bir saat gözlədikdən sonra birdən yanımda dayanmış markası yadında qalmayan avtomaşından düşən polis zabiti orada olan digər polis əməkdaşına Köhnə-Xaçmaz kəndində bir nəfər qadının öldürülməsi barədə məlumat daxil olduğundan hadisəni törədən şəxsin müəyyən edilməsi məqsədi ilə oraya getmək lazım olduğunu deməyisini eşitdim. Bundan sonra polis zabitinə yaxınlaşaraq həmin qadının əri olduğumu və arvadımı da öldürüb özünü polisə təslim etmək üçün bura gəldiyimi bildirdim. Bundan sonra həmin polis əməkdaşları məni növbətçisinin yanına apardılar və dediklərimi növbətçiyə çatdırdılar”.

“Gecələr rahat yata bilmirəm”

Eynulla Musayev bildirib ki, arvadını öldürəndən sonra gecələr rahat yata bilmir: “Gecələr yata bilmirəm, gözlərimə yuxu getmir. Gözümü yuman kimi arvadım yuxuma girir. Onun öldürdüyümə görə peşimanam”.

Mərhumun anası Raziyyə Əmirova bildirib ki, qızının ailəsində son illər problemlər olub. Onun sözlərinə görə, əri tərəfindən döyülən qızı tez-tez onun evinə gəlib: “Eynulla içib sərxoş olurdu, qızımı döyürdü. Buna görə də tez-tez bizə gəlirdi. Ona deyirdim ki, Eynulladan sənə ər olmaz, məhkəmə yolu ilə boşan. Qızım azyaşlı uşaqlarına yazığı gəldiyini bildirdi, buna görə də ərindən boşanmağa razı olmurdu. Mənim qızım heç vaxt Eynullaya xəyanət etməyib. Bu barədə də söhbətimiz olmayıb. Qızım ərə gedəndə balaca bir damda qalıb. Zülm çəkə-çəkə ev tikmişdi. Həmin tikdiyi evdə rahat yaşaya bilmədi. Eynulla qızımın qatilidir, ona ən ağır cəza verilməsini xahiş edirəm”.

Raziyyə Əmirova qeyd edib ki, Eynulla Musayev qızına olmazın işgəncələr verib: “Qızım deyirdi ki, Eynullanın hərəkətlərindən qorxur, o, vəhşi kimi olur. Qızım daim qorxu içində yaşayırdı”.

“Anamı torpağa tapşıran günü Eynullanı atalıqdan silmişəm”

Şahid qismində ifadə verən Eynulla Musayevin 16 yaşlı oğlu Həsən Musayev bildirib ki, hadisə vaxtı evdə olmayıb. Onun sözlərinə görə, işdə olan zaman ona zəng gəlib: “Evə gəldim. Dedilər ki, Eynulla anamla dalaşıb, xəstəxanaya aparıblar. Mən də xəstəxanaya getdim. Orada anam artıq ölmüşdü. Kəndə qayıdanda bildim ki, Eynulla anamı öldürüb. Eynulla əvvəllər anamla tez-tez mübahisə edirdi, anama tərbiyəsiz sözlər deyirdi. O, hamısını yalan danışır. Anam əxlaqlı qadın idi. Eynulla isə heç bir səbəb olmadan dava edirdi. Anamı torpağa tapşıran günü Eynullanı atalıqdan silmişəm. O, artıq mənim atam deyil. Eynulla anamı da, bizi də daim qorxu içində saxlayıb”.

Eynulla Musayevin 14 yaşlı qızı Aytac Musayeva da qeyd edib ki, atası anası ilə tez-tez dalaşırmış: “Hadisədən üç gün əvvəl atam anamla dalaşmışdı. Atam dalaşanda anamı pozğun adlandırırdı. Anam heç vaxt pozğun olmayıb, tərbiyəli qadın olub. Gilas bağlarında, çiyələk sahələrində işləyib, pul qazanırdı, bizi də dolandırırdı. Anam zəhmətkeş qadın olub”.

Rövşən Musayev bildirib ki, qardaşı Eynullanın ailəsi ilə münasibətləri gərgin olub. Onun sözlərinə görə, Eynullanın ailəsində gərgin münasibətlərin olmasının səbəblərini bilməyib. O, qeyd edib ki, qardaşının mərhum arvadının pis yola düşməsini eşitməyib. O, Eynullanın psixi problemlərinin olduğunu, psixi vəziyyəti ilə bağlı xəstəxanada müalicə almasını xatırladıb.

Məhkəmənin hökmü ilə Eynulla Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm