İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı
Bizi izləyin

Hadisə

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanıldı

Türkiyə-Suriya sərhədində İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Suriya sərhədində sərhədi qanunsuz olaraq keçmək istəyən bir qrup ələ keçirilib. Yaxalanan 18 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaqdır. Qrupda olanlardan 13-nün Rusiya, 4-nün Azərbaycan vətəndaşı olduğu bildirilir.

Onların arasında Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətlərinin axtardığı rusiyalı yeniyetmə Varvara Karaulava da var. Varvara 28 may tarixindən evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm