"Azərpoçt"un baş direktor müavini vəfat etdi
Bizi izləyin

Hadisə

"Azərpoçt"un baş direktor müavini vəfat etdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məmuru dünyasını dəyişib.

Report xəbər verir ki, nazirliyin "Azərpoçt" MMC-nin baş direktor müavini Həsənəli Qədimov vəfat edib.

Mərhum 2006-cı ildən "Azərpoçt"un baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışırdı. Qədimov Həsənəli Hüseynəli oğlu 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə olaraq başlayıb. 1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1973-ci ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləyib.

1990-1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992-1995-ci illərdə Poylu sovxozunun direktoru, 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı baş direktor müavini vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm