İki azyaşlı qızını boğan, bıçağı ürəyinə sancan ananın son məktubu
Bizi izləyin

Hadisə

İki azyaşlı qızını boğan, bıçağı ürəyinə sancan ananın son məktubu

Bakıda bir ana iki azyaşlı qızını öz əlləri ilə boğaraq öldürüb. Daha sonra isə öz ürəyinə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Tovuzdan olan deputatı Qənirə Paşayeva “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, azyaşlı bacıların adı Ayan və Aişə olub.

Ananın adını açıqlamayan millət vəkili onun psixoloji problemləri olduğunu qeyd edib.

“Tovuzda neçə ana məndən bəlkə daha çox məlumatlı ola bilərəm deyə bu dəhşətli hadisənin səbəblərini soruşurdular. Son aylarda bizi çox ciddi sarsan hadisələrdən biri oldu. Bu dəhşətli bir cinayət, bir ananın öz övladlarını öz əlləri ilə boğub öldürməsi duyduğum ən dəhşətli hadisələrdən oldu. Sosial problemlər, çətinliklər ola bilər, amma bunlar bir anaya övladlarını öz əlləri ilə boğub öldürməsi üçün əsas ola bilməz. Görünən odur ki, söhbət həm də ciddi psixoloji problemlərdən də gedir. İntihara cəhd etməzdən öncə yazdığı məktubdakı bəzi sözlər isə insanı dəhşətə gətirir”, - deyə millət vəkili bildirib.

Ananın son məktubunda belə deyilir: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm