• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda dəhşətli qəza: sərnişin avtobusu "KamAZ"la toqquşdu, ölən var - FOTOLAR/YENİLƏNİB

  • Hadisə
  • 7 İyun 2015 13:25
  • 1 118 Baxış
Bakıda dəhşətli qəza: sərnişin avtobusu "KamAZ"la toqquşdu, ölən var - FOTOLAR/YENİLƏNİB

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Publik.az Anspess-ə istinadən xəbər verir ki, Sabunçu-Zabrat yolunda "KamAZ" və sərnişin avtobusu toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var.

Bir neçə Təcili Tibbi Yardım maşını və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər.

Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.

* * *

Bakının Sabunçu-Zabrat yolunda ölümlə nəticələnən ağır qəzasının bəzi detalları bəlli olub. Qəzada toqquşanlar 214 saylı “Daewoo” markalı marşrut avtobusu və “Shacman” markalı yük avtomobildir.

İlkin məlumata əsasən 1 nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb. Şahidlərin avtobus sürücüsünün öldüyünü deyirlər.

Toqquşma nəticəsində “Shacman”ın sürücüsü avtomobilin kabinasında sıxılmış vəziyyətdə qalıb. Onu hadisə yerinə cəlb edilmiş FHN xilasediciləri çıxararıblar.

Faktla bağlı araşdırmalar aparılır. Ölən və yaralananların kimliyi araşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR