Bakıdakı ağır yol qəzasıyla bağlı rəsmi açıqlama: 1 ÖLÜ, 2 YARALI
Bizi izləyin

Hadisə

Bakıdakı ağır yol qəzasıyla bağlı rəsmi açıqlama: 1 ÖLÜ, 2 YARALI

Bu gün Sabunçu-Zabrat yolunda baş verən ağır yol qəzası haqda xəbər vermişdik. Fövqəladə Hallar Nazirliyi (FHN) hadisəylə bağlı rəsmi xəbər yayıb.

Bakı şəhəri, Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü xəsarət alıb, “Daewoo” markalı avtobusda olan 1 nəfər sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər yaralıları və cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm