• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bələdiyyə sədri və həyat yoldaşı vəhşicəsinə qətlə yetirildi, 2 nəfər saxlanıldı (YENİLƏNİB)

  • Hadisə
  • 8 İyun 2015 16:27
  • 4 109 Baxış
Bələdiyyə sədri və həyat yoldaşı vəhşicəsinə qətlə yetirildi, 2 nəfər saxlanıldı (YENİLƏNİB)

Bələdiyyə sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.

"Report"un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır.

V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.

Qeyd edək ki, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbdülhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşya oğurlanmayıb. Bu isə hadisənin tamah məqsədilə törədilmədiyini deməyə əsas verir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda başlanan araşdırmalar davam etdirilir.

***

Abşeronun Saray bələdiyyəsi sədri Vəsilə Əbilhəsənovanın özüylə birlikdə öldürülən həyat yoldaşı Vəfadar Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Bu məlumatı Axar.az-a QSC-nin mətbuat xidmətindən təsdiqlədilər. Bildirildi ki, dəhşətli qətlin səbəbi bələdiyyə sədri ilə bağlı olub və hazırda hüquq-mühafizə orqanları təfərrüatı araşdırır.

***

Anspress-in məlumatına görə, hadisə bələdiyyə sədrinin evində olub. Bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov bu gecə qətlə yetirilib. Onların boğazında və bədəninin bir neçə nahiyəsində bıçaq xəsarətləri olub.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb. Mübahisənin torpaq üstündə olduğu ehtimal olunur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Saray qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova əri ilə birlikdə evində amansızcasına qətlə yetirilib.

Axar.az-a Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətlin motivi bilinmir, amma qatilin Laçınlı Fədail adlı şəxs olduğu ehtimal edilir.

Qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri başlayıb. Fakt Abşeron rayon Prokurorluğunda araşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR