İmam namazı qısaltdı: məsciddə dava düşdü - VİDEO
Bizi izləyin

Hadisə

İmam namazı qısaltdı: məsciddə dava düşdü - VİDEO

Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində bir məscidə namaz qılmağa gələn yüzlərlə adam arasında qarşıdurma olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sələfilərin (vəhhabilər) sufi imamı İsa Kamkoyevin qıldırdığı namazda rükətlərin sayının az olduğunu iddia etməsi qarşıdurmanın yaranmasına səbəb olub.

Tərəflər arasındakı qısamüddətli mübahisə əlbəyaxa davaya çevrilib. Yüzlərlə adam məscidin içində təpik və yumruqlarla bir-birinə üzərinə gedib. Bəziləri isə minbərə çıxaraq oradan “rəqibləri”nin üzərinə atılıblar.

Hadisə yerinə çağırılan polisin tərəfləri çətinliklə bir-birindən ayıra bilib. Hadisə nəticəsində onlarla adamın yaralandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm