Qəbələdə evləri su basıb
Bizi izləyin

Hadisə

Qəbələdə evləri su basıb

Qəbələnin bir neçə kəndində evləri su basıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli caylarında suyun səviyyəsinin qısa müddətli artması nəticəsində Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.

Qeyd olunan ərazilərə regional mərkəzin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülmüş tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm