FHN qanunsuz tikilini sökdü - FOTO
Bizi izləyin

Hadisə

FHN qanunsuz tikilini sökdü - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Binəqədi rayonunda tikilməkdə olan binada uçqun baş verməsi barədə yayılan gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Bakının Binəqədi rayonunda heç bir uçqun hadisəsi baş verməyib: “Bu bina fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılan torpaq sahəsində inşa edilməyib. Araşdırmalar zamanı müəyyən edilib ki, fiziki şəxs – Abdullayeva Aynur Zaman qızı tərəfindən fərdi yaşayış evləri üçün ayrılmış torpaq sahəsi olmayan ərazidə fərdi yaşayış evinin inşası həyata keçirilib. Nazirliyin nəzarəti altında Bakı şəhər İcra Hakimiyyəti Aynur Abdullayevaya məxsus iki mərtəbəli yarımçıq tikilini söküb”. Qeyd edək ki, bu gün bəzi xəbər saytları Azadlıq prospektində tikilməkdə olan yaşayış binasının uçması barədə məlumat yayıb.

FHN-nin mətbuat xidməti bir daha KİV-i qeyri-dəqiq məlumatlar yaymamağa, dəqiqliyə və obyektivliyə əməl etməyə, yaranmış suallarla bağlı mətbuat xidmətinə müraciət etməyə çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm