Tovuzda faciə: bir günlük gəlin özünü körpüdən atdı
Bizi izləyin

Hadisə

Tovuzda faciə: bir günlük gəlin özünü körpüdən atdı

Tovuz rayonunda 18 yaslı qız intihar edib.

Tovuz rayon Prokurorluğundan Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, iyunun 11-də səhər saatlarında Tovuz rayonunda mərkəzi bazarın yaxınlığında yerləşən dəmir yol körpüsündən rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova özünü atıb. Kənd sakinləri tərəfindən yaralı vəziyyətdə tapılan A.Nəzərova dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, A. Nəzərova 15 gün əvvəl ailə qurmaq məqsədi ilə qaçırılıb. Dünən isə onun toy şənliyi keçirilib. Toydan sonra Aytən Nəzərova evdən qaçaraq yoxa çıxıb. Bu gün səhər saatlarında isə o özünü dəmir yol körpüsündən ataraq intihar edib.

İlkin ehtimallara görə, intihar edən qızın bu evlilikdə könlü olmaması səbəbindən özünü öldürdüyü bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.

Sami SüIeymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm