Xətaidə qəza: sürücü xilas edildi
Bizi izləyin

Hadisə

Xətaidə qəza: sürücü xilas edildi

Bakı şəhəri, Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "BMW" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb.

Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm