Bakı səmasında HƏYƏCAN
Bizi izləyin

Hadisə

Bakı səmasında HƏYƏCAN

2015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

“Azərbaycan Hava Yolları “QSC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.

Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm