Sabirabadda evdə partlayış olub
Bizi izləyin

Hadisə

Sabirabadda evdə partlayış olub

Sabirabadda yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla məlumatına görə, yanğın rayon mərkəzindən 14 km aralıda yerləşən Yolçubəyli kəndində baş verib. Yanğın hadisəsi vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yaşanıb.

Maye qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm